Yoğun bağırsaq xərçəngi

    16.03.2022

    Hal hazırda yoğun bağırsaq xərçəngi süd vəzi və ağciyər xərçəngindən sonra 3-cü ən çox yayılmış onkoloji xəstəlik sayılır.

    Son zamanlar bu xərçəng növü xeyli "cavanlaşıb" və tez-tez 40 yaşdan cavan olan insanlarda aşkar olunur.

    Xəstəliyin ilk mərhələlərində yoğun bağırsaq xərçəngi uğurla müalicə olunur. Lakin təəssüf ki, ilk mərhələlərdə  bir çox digər xərçəng növləri kimi yoğun bağırsaq xərçəngi də özünü çox cüzi simptomlarla büruzə verir.

    Yoğun bağırsaq xərçənginin risk faktorları:

    • Yaş. 50-yaşdan sonra. Ona görə yaşı 50-ni keçmiş hər bir şəxs ildə bir bağırsaqları yoxlatmalıdır.

    • Bağırsaqda poliplərin olması, adenomalar. Onlar əslində xoşxassəli olsalar da zamanla onkoloji şişə çevrilə biər.

    • Qidalanma. Ət və yağlı yeməklərlə çoxlu qidalanan, lifli yeməklərdən az istifadə edənlər.

    • Siqaret və spirtli içkilərdən çox istifadə.

    • Ailəsində yoğun bağırsaq xərçəng xəstəliyi olanlar (genetik olaraq nəsildə bu xəstəliyin olması).

    • İltihabi bağırsaq xəstəlikləri olanlar.

    • Radiasiyaya (şüaya) məruz qalanlar və s.

    Sağlamlığına qarşı daim diqqətli olan insan bu simptomları hiss edə bilər və vaxtında həkimə müraciət etməklə sağlamlığını və həyatını xilas edə bilər.

     

    Əlaqə üçün:
    +994 50 220 84 41