Hepatit B

    11.02.2017

    Hepatit B – “hepatitis sirroza” qlobal yayılan, antroponoz infeksiyalardan olub, müxtəlif klinik-patoqnomik variantlarda inkişaf edir. Virus orqanizmə parenteral yolla, müxtəlif cərrahi müdaxilələr, qan və onu əvəz edən preparatların yeridilməsi, yaxşı sterilizasiya olunmamış alətlər vasitəsilə yoluxur. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur.
    Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Vaxtında aşkarlanıb müalicə olunmasa, xroniki hepatit inkişaf edir, o da öz növbəsində qara ciyər sirrozuna və qara ciyər xərçənginə gətirib çıxara bilər.
    Hepatit B infeksiyası üçün risk qrupları bunlardır:
    a) Səhiyyə işçiləri,
    b) Çox sayda qan köçürmə edilən xəstələr,
    c) Hemofiliyalı və hemodiyaliz olunan xəstələr,
    d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar,
    e) Homoseksual və biseksual kişilər,
    f) Damar daxili narkotik istifadə edənlər,
    g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi, yataqxana və həbsxana kimi yerlərdə yaşayanlar,
    h) HBsAg müsbət olan anadan doğulan körpələr və b.

    Hepatit B-nin yoluxması:
    Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.

    a) Qanın zədələnilmiş dəri və ya selikli qişa ilə təması nəticəsində
    b) İnsandan insana zədələnilmiş dəri ya da selikli qişa vasitəsilə
    c) Cinsi yolla
    d) Ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası ilə təması nəticəsində (doğuş zamanı)
    Hepatit B infeksiyasının inkubasiyon dövrü alınan virus miqdarına və insanın immun sisteminin müqavimətindən asılı olaraq 45-180 gün (orta rəqəm 60-90 gün) arasında dəyişir.
    Hepatit B infeksiyasının xəstəlik əlamətləri:. Virusla yoluxmuş şəxslərin təxminən 50-65% -ində heç bir xəstəlik əlaməti inkişaf etmir. Virusla yoluxmuş olanların təxminən 30-50%-inde əzginlik, yorğunluq, yüngül hərarət, ürək bulanması, qarın ağrısı, oynaq və əzələ ağrıları kimi şikayətlər olur. Uşaqların 10%-indən aşağı, yeniyetmələrin 30-50%-ində sarılıq görülə bilər. Virusla yoluxanların 1% -indən azında kəskin hepatit şəklində kliniki mənzərə yaranır: Ürək bulanması, qusma, ishal, iştahsızlıq, yorğunluq, göz ağının, dəri və selikli gişaların saralması,
    sidiyin rənginin tündləşməsi, nəcisin rənginin əksinə ağarması və s.
    Hepatit B virusuna qarşı effektiv peyvənd mövcuddur. Son illər bütün yenidoğulan körpələr doğum evində hepatit B-yə qarşı mütləq vaksinasiya olunurlar.