Xidmətlər >> Terapevtik endoskopiya


Terapevtik endoskopiya xidmətlərimiz:

 

1.ERCP.

2.Mədə, qida borusu, duodenoum,yoğun bağırsaq törəmələrinin endoprotezlənməsi.

3.Mədə , 12barmaq bağırsaq, qida borusu qanaxmalarının dayandırılması. (Skleroterapiya , hemoclipslərin taxılması, bantlanma).

4.Mədə , 12barmaq bağırsaq, qida borusundan və yoğun bağırsaqdan poliplərin çıxarılması(Polipektamiya).

5.Endoskopik Mukozal Rezeksiya (EMR).

6.Arıqlamaq üçün mədəyə balonun yerləşdirilməsi.

7.Yad cisimlərin endoskopik olaraq çıxarılması.

8.Perukutan Endoskopik Qastrosstom(PEG yerləşdirilməsi)

 

 

 

ERCP nədir?

Endoskopik retrogard kolanjipankreatogrofi öd və mədəaltı vəzi kanalları problemlərini müalicə etmək üçün üst mədə-bağırsaq endoskopiya və rentgen şüalarını birləşdirən əməliyyatdır. ERCP öd və mədəaltı vəzi kanallarındakı problemləri diaqnoz etmək üçün də istifadə edilir. ERCP əvvəllər diaqnostik məqsədlə istifadə olunurdu. Ancaq daha sonra  MRT xolongeqrafiya müayinəsi qeyri-invaziv olduğu üçün ERCP-nin yerini tutmuşdur. 

Doç. Dr. Ahmet Tekin ObeziteDoç. Dr. Ahmet Tekin Obezite

ERCP nin sxematik görünüşü           Bir mərhələli əməliyyatın radyoloji görünüşü              

 

  Öd və mədəaltı vəz kanalları nələrdir?

 Öd və mədəaltı vəz kanalları insan bədənində maye daşıyan strukturdur. Öd qaraciyərdə sintez edilir və qaraciyər içi kiçik öd kanalcıqları vasitəsilə öd yollarına axıdılır. Yeməklər arasında xoledok distalı qapanır və öd qaraciyərin yanındakı armudşəkilli öd kisəsində depolanır. Pankreas şirəsi kiçik kanalcıqlar vasitəsilə ana pankreatit kanala tökülür və ana pankreatit kanal vasitəsilə duodeonuma tökülərək həzm prosesində iştirak edir. Ümumi öd axarı və ümumi pankreatit kanalı duodeonuma fater məməciyi vasitəsilə açılır. Papilla 1-1.5 sm uzunluğunda olub diametri 2-4 mm-dir.Bu səbəblə 3-4 mm üzərindəki daşlar burada tıxanmaya səbəb olur.


 

 

ERCP nə vaxt olunur?

Aşağıdakı səbəblərə görə öd yolları və mədəaltı vəz kanalından bir daralma  və tıxanma  meydana gəldikdə ERCP edilir.

- Şişlər

- Xoledok daşları

- Pankreatit, travmatik və ya iltihaba bağlı ola bilər

- İnfeksiya

- Papillada yaranan darlıqlar

- Kanallarda çapıq və skleroz adı verilən darlıqlar

- Hər iki kanalda meydana gələ bilən psödokistlər

Ayrıca travma və cərrahi səbəblərdən yaranan kanal yaralanmalarında diaqnoz və müalicə məqsədiylə ERCP edilir.

 

Xəstə ERCP üçün necə hazırlanır?

Xəstəyə əvvəlcə ERCP əməliyyatı haqqında ətraflı şəkildə məlumat verilir.Üst mədə-bağırsaq sisteminin boş olması lazımdır.Ümumiyyətlə xəstə  ERCP əvvəli 8 saat heç bir qida qəbul etməməlidir.Bu müddət ərzində saqqız və siqaret qadağan olunur.Xəstənin ətraflı tərcümeyi halı alınır. Xəstələr mövcud sağlamlıq vəziyyətlərini, xüsusilə varsa ürək , ağciyər , şəkər xəstəliyi və allergiya mövzusundakı xəstəliklərini həkimə söyləməlidir. Xəstələr ayrıca qəbul etdikləri bütün dərmanları da bəyan etməlidir. Xəstələr müvəqqəti olaraq qan laxtalanmasına təsir edən dərmanları istifadə etməmələri lazımdır. Bu dərmanların ERCP əməliyyatından 5 gün əvvəl dayandırmaları istənilər. Ayrıca ERCP əsnasında xəstənin rahatlatmaq üçün verilən sakitləşdiricilər qarşılıqlı təsirə girəcək dərmanların da qəbul edilməməsi lazımdır.

 ERCP əvvəli və sonrası qəbulunun məhdudlaşması lazım olan dərmanlar:

- Qeyri-steroid antiiltihab dərmanlar (aspirin, ibuprofen və naproksen)  .

-Qan durulducu dərmanlar

-Yüksək təzyiq dərmanları

-Diabet dərmanları

-Antidepresantlar

-Əlavələr

Xəstələrə sakitləşdirici dərmanlar verildiyinə görə ERCP sonrası 12 saat ərzində avtomobil istifadə etməməsi məsləhət olunur. 

 

ERCP necə olunur?

ERCP əməliyyatı qastroenteroloq tərəfindən xəstəxanada həyata keçirilir.Xəstənin boğazı qarqara və ya  boğaz arxasına püskürdülən sprey ilə keyidilir. Bu lokal anesteziya sayəsində boğaz keyiyir və xəstənin öyümə refleksi sakitləşir. Sedativlər (sakitləşdiricilər) və veriləcək digər dərmanlar üçün damar yolu açılır . Narkoz müddətində xəstələrin həyatı tapəntıları həkim və digər səhiyyə işçiləri tərəfindən təqib edilər. Sakitləşdirici ilə əməliyyatı edilə bilməyən xəstələrdə əməliyyat ümumi anesteziya əməliyyatı altında aparılır. ERCP əsnasında xəstələr rentgen masasına arxası üstə və ya sol yan olaraq yatırılır. Ucunda video – kamera və ya işıq qaynağı olan duodenoskop mədədən keçirilərək duodeonuma yerləşdirilir. Video-kamera görünüşü həkimin və qrupun izləyə biləcəyi bir manetora ötürülür. Görünüşün rahat izlənilməsi üçün mədə və 12barmaq bağırsağın endoskop vasitəsilə hava sorulur. Mədədə   papilla görüldüyündə  ucu küt bir katetr endoskop vasitəsi ilə papiller açıqlıqdan öd kanalına yönəldilmişdir. Katetr papilla içində kanala keçdikdən sonra , katetr kanal içinə radio qeyri şəffaf maddə yeridilir.Kontras maddə də deyilən radio-qeyri-şəfaf maddə, kanalların rentgen şüaları ilə görülməsinə imkan verir, rentgen şüaları kanallarda  darlıq, tıxanma, daş,şiş kimi bir çox patoloji diaqnozuna imkan verir. ERCP proseduru müddətində darlıq və tıxanmalar üçün dəyişik müalicə əməliyyatları tətbiq olunur. Müalicə əməliyyatları əsnasında kanalları görmək üçün həkim eyni zamanda floroskopi adı verilən, x-ray video görüntüdən istifadə  edir. Endoskop vasitəsi ilə kanallara istiqamətləndirilən  xüsusi vasitələr ilə kanallar açıla bilir, öd daşları çıxarılır və ya qırılır, şişlər üçün stent qoyula bilir. Stentlər öd və mədəaltı vəz kanallarındakı tıxanmış axışı açmaq üçün istifadə olunan plastik və genişlənən metal borulardır. Fırça sitologiyası adlanan bir cür biopsiya edilə bilər. Bu texnikada endoskop yolu ilə uyğun bir fırça istifadə olunaraq kanallar içindəki hüceyrələr patoloji araşdırma üçün alınır. Toplanan hüceyrələr sonda iltihab və ya xərçəng əlamətləri üçün mikroskop ilə araşdırılır. Bəzən öd kisəsi əməliyyat sonrası öd qaçağı çübhəsi varsa ERCP olunur. Əgər öd yolu yaralanması müəyyən olunarsa  bəzi xəsarətlər  stent ilə müalicə edilə bilər.

Laporoskopik xolesestemiya + ERCP (kombinə əməliyyatı)

ERCP əməliyyatı ən tez öd kanalı daşlarının diaqnozu və müalicə üçün həyata keçirilir. Öd kisəsi + öd daşları birlikdə olduğundan müxtəlif müalicə variantları var.

  1. Əvvəl ERCP, sonra Xolesestemiya (öd kisəsinin alınması)
  2. Xolesestemiya və ERCP eyni seansda edilməsi (kombinə əməliyyatı)
  3. Əvvəlcə öd kisəsi alınır təqibində ERCP ilə kanal daşları təmizlənir.

 

İndiki vaxtda ən çox istifadə edilən üsul əvvəl ERCP ilə kanal daşlarının alınması və təqibində Xolesestemiya edilməsidir. Ancaq cərrahların  ERCP etməsi texnologiyada meydana gələn sürətli inkişaflar tək mərhələli əməliyyatın (Laporoskopik xolesestemiya + ERCP) gedərək daha populyarlıq qazanmasına səbəb olmuşdur. TƏk mərhələli əməliyyatın digər üsullara görə aşağıdakı üstünlükləri vardır.

- Hər iki əməliyyat tək seansda edilməkdədir

- ERCP də müvəffəqiyyət nisbəti daha yüksəkdir.

- ERCP sonrası pankreatit riski çox aşağıdır

- Daha ucuzdur

Yuxarıda göstərilən üstünlüklərdən başqa  biz öd kisəsi daşı + öd kanalı daşı olan xəstələrdə tək seanslı əməliyyatı seçim edirik.

 

 

 

Doç. Dr. Ahmet Tekin Obezite                Doç. Dr. Ahmet Tekin Obezite

Birmərhələli əməliyyatın sxematik görünüşü        Birmərhələli əməliyyatın radyoloji görünüşü
 

 ERCP sonrası

ERCP sonrası xəstələr sakitləşdiricilərin təsiri keçənə qədər təxminən bir saat oyanma otağında saxlanılır. Xəstələr sakitləşdirici  dərmanların  utanlıq etmə təsiri səbəbi ilə əməliyyatı və əməliyyat sonrası  periodu və bu periodda sağlamlıq personalı ilə danışmaları  xatırlamaya bilərlər. ERCP sonrası  xəstə qabaqrıqlıq və ya mədə bulanma hiss edə bilər.Ayıca xəstələrdə bir və ya iki gün müddət boğaz ağrısı da ola bilər. Sakitləşdirici dərmanların təsiri qalxdıqdan sonra  iki- üç saat ərzində xəstə evə gedə bilər.Ancaq xəstələr ehtimalla özlərini yorğun hiss edəcəklərinə görə günün qalan hissəsini  evdə istirahət etməlidir. Xəstələr əməliyyatdan 2 saat sonra ağızdan bəslənə və davamlı dərmanlarını almağa başlaya bilərlər. ERCP nəticələri əməliyyat bitdikdən sonra dərhal xəstəyə bildirilir. Əgər biopsiya alınıbsa nəticələr bir neçə gün içində verilir.

ERCP əməliyyatının ola biləcək riskləri nələrdir?

ERCP ümumiyyətlə etibarlı prosedur olmasına baxmayaraq təcrübəli endoskopist tərəfindən edildiyindən belə 5 – 10 % arası bir sıxlıqla fəsad inkişaf edə bilər.

-         Qanama xüsusi ilə papilla kəsildiyində meydana gələ bilər. Qanama ümumiyyətlə minimal olub öz başına dayanır. Qanama əməliyyat əsasında meydana gəlsə, bu hemocilip yerləşdirilməsi, epinefrin inyeksiya və koter istifadəsi daxil olmaq üzrə müxtəlif endoskopik texnikalar istifadə edilərək dayandırıla bilər. Bəzi xəstələrdə prosedur əsnasında və  ERCP sonrası bir neçə müddətdə  antibiotik istifadə edilə bilər. Pankreatit ERCP  əməliyyatı keçirdən xəstələrdə 3 -5 % -də yaranar.Qabarıqlıq hissi , gəyirmə və şiddətli qarın ağrısı kimi əlamətlər meydana gələ bilər. ERCP sonrası pankreatit ümumiyyətlə yüngül şiddətli olur ancaq bəzi xəstələrdə yatışı tələb edən, ciddi və həyatı riski ola bilər. Qida borusu, mədə , incə bağırsaq və ya öd kanallarında perforasiya (cırıq və ya dəlik) meydana gələ bilər. Bu fəsadlar nadir hallarda olmaqla birlikdə  meydana gəldiyində həyatı risk daşıyan ciddi fəsadlardır. Təcili cərrahi əməliyyat lazım ola bilər.

ERCP əməliyyatından sonra  aşağıdakı əlamətlərdən hər hansı biri meydana gələrsə xəstə dərhal müraciət etməlidir.

- Udma çətinliyi

- Şiddətli qarın ağrısı

- Qusma

- Qanlı və tünd nəcis

- Halsızlıq və ya huşunu itirmə

- Tempuratur və titrəmə

 

 ============================================================================================================================

Mədə, qida borusu, duodenoum,yoğun bağırsaq törəmələrinin endoprotezlənməsi.

Endoprotezlənmə əməliyyatı qastrointestinal sistemin xoş və bəd xassəli törmələrindəvə qida borusunun  kimyəvi yanıqları zamanı yaranan darlıqlarda istifadə olunur. Bəd xassəli törəmələrdə daha çox yarım örtüklü metalik  stentlərdən istifadə olunur. Xoşxassəli törəmələrdə və kimyəvi yanıqlar zamanı yaranan daralmalarda tam örtüklü stentlər istifadə olunur.

 

============================================================================================================================

 

Perikutan Endoskopik Qastrosstom (PEG)

Əgər xəstənin udma aktı 4 həftə müddəti ərzində yaranacğı ehtimal olunmursa  o zaman PEG –in taxılması məsləhətdir.

PEG –in taxılması vacib olan xəstəliklər

  1. Nevroloji xəstəliklər (alsqeymr, parkinson, multipilskleroz və s.)
  2. Abstruktiv neoplariya (qida borusu xərçəngi və s.)
  3. Əzələ xəstəlikləri (miotonik distrafiya, dertomiozit və s.)
  4. Mədə dekampressiyası
  5. Digər xəstəliklər (traxeofaqial fistullar, təkrarlanan bronxial aspirasiyalar və s. )

==============================================================================================================================

Yad cisimlərin endoskopik olaraq çıxarılması.

Udalan yad cismlərin 80- 95 % -i heç bir fəsad törətmədən mədə bağırsaq sistemindən keçirlər. Bunların 10 -20 % -nə tibbi müdaxiləyə ehtiyac duyulur. Yad cismlərin əksəriyyəti endoskopik olaraq çıxarılır və 1 % halda cərrahi əməliyyata ehtiyac duyulur. Yad cismlərin udulması ən çox uşaqlar, psixatrik xəstələr və məhkumlar arasında rast gəlinir. Yad cism çıxarıldıqdan sonra xəstə 24 saat müddətində nəzarətdə saxlanılmalıdır. Əgər heç bir ağırlaşma yoxdursa xəstə evə yazılır. Ağırlaşma qeyd olunarsa xəstə cərrahi əməliyyata götürülür.