Qaraciyər Böyüməsi ( Hepatomeqaliya)

    14.02.2017

    Qaraciyər Böyüməsi ( Hepatomeqaliya)

    Qaraciyər vücudumuzun ən böyük orqanlarından biridir. Qaraciyərin normal ölçüsü yaş , boy , cinsiyyət kimi parametrlərdən asılıdır. Qaraciyər tam ölçüsünə 15 yaşında çatır. Kişilər qadınlara nisbətən daha böyük qaraciyərə sahib olur. Qaraciyər böyüməsi tək başına bir xəstəlik deyil , böyüməyə səbəb olan bir neçə xəsətliyin əlamətidir. Qaraciyər böyüməsinin əlamətləri : Böyümə az olduqda heç bir şikayət ortaya çıxmaz . Amma qaraciyər çox böyüyərsə : - davamlı şişlik hissi - qarın bölgəsində narahatçılıq - sarılıq - xroniki yorğunluq, gücsüzlük - ürəkbulanma - çəkidə dəyişiklik və s. ola bilər. Qaraciyər böyüməsinin səbəbləri :

    I . Qaraciyərdən qaynaqlanan səbəblər : - Kəskin və xroniki hepatitlər - Qaraciyər sirrozu - Steatoz (artıq çəkiyə bağlı qaraciyər piylənməsi ) - Alkoqol mənşəli qaraciyər yağlanması - Qaraciyər xərçəngi və qaraciyərin xoşxassəli törəmələri - Qaraciyərin kistaları ( exinokokk , vərəm , absesslər və s. ) - Amiloidoz , Hemoxromatoz

    II. Qanyaranma sisteminin xəstəlikləri : - Kəskin leykoz - Xroniki myeloid leykoz - Xroniki limfatik leykoz - Limfoqranulomatoz - Qeyri- xoçkin limfoma

    III. Ürək – damar sisteminin xəstəlikləri : - Ürək – damar çatışmazlığı - Konstriktiv perikardit

    IV. Metastazlar . Metastatik xərçənglərin ən çox görüldüyü yer qaraciyərdir. Məs. Süd vəzi xəsrçəngi , kolon kanseri , ağciyər kanseri qaraciyərə metastaz verə bilər.