Hepatit A virusu

    14.02.2017

    "HAV - HEPATİT A VİRUSU"

    Hepatit A virusu (HAV) tərəfindən törədilən və qaraciyərin iltihabına gətirən qaraciyər infeksiyasıdır. Ən geniş yayılmış qaraciyər xəstəliyidir. Hepatit A müalicəyə nisbətən tez tabe olur, belə ki hepatit xroniki mərhələyə keçmir.
    ••• Hepatit A-nın səbəbləri:
    • Orqanizmin Hepatit A virusu ilə yoluxması.
    • Qidada çirklənmiş məhsullar, çirkli, çiy su istifadə olunması.
    • Zəhərlənmiş adam ilə ümumi qabların, hamam ləvazimatlarının istifadə edilməsi.
    • Virusun cinsi yolla keçməsi.
    • Virusun ana bətnində anadan uşağa keçməsi.
    ••• Hepatit A üçün xarakterik olan əlamətlər:
    • Uzun müddət ərzində (10 günədək) yüksək temperatur.
    • Ürəkbulanma, qusma.
    • Ümumi narahatlıq.
    • Sidiyin tündləşməsi.
    • Dərinin, selikli qişaların saralması.
    • Nəcisin solğunlaşması.
    ••• Hepatit A-nın diaqnozu:

    Hepatit A-nın diaqnostikası zamanı həkim bir sıra analiz və müayinələr təyin edir. Yuxarıda qeyd edilən əlamətlərdən bir neçəsini özünüzdə hiss edirsinizsə, gecikmədən peşəkar həkimlərə müraciət edin!