Qıcıqlanmış bağırsaq sindromu
-
11.02.2017
Yoğun bağırsağın 3 aydan çox çəkən funksional(yəni üzvi dəyişilkliksiz) pozğunluğudur. Səbəbləri: sinir-əsəbi gərginlik; adəti qida rejiminin pozulması; qida tərkibində bitgi-hüceyrəvi tərkibin azlığı; az hərəkətli həyat tərzi; ginekoloji xəstəliklər; endokrin pozğunluqlar; sonradan disbakterioza səbəb olmuş kəskin bağlrsaq infeksiyaları. Əsas əlamətlər: qarında ağrılar(xarakterik xüsusiyyətdir ki, ağrı və digər əlamətlər axşamlar olmur); köp; qarnın sol və sağ-yuxarı hissəsində(dalaq) nahiyəsində ağrı; ürəkbulanma; gəyirmə; əlləmə zamanı qarında ağrılar. Qarındakı aqğı və narahatçılıq defekasiyadan sonra azalır/keçir; Defekasiya ya həftədə 3 dəfədən az, ya da sutkada 3 dəfədən çox olur; nəcisin forması dəyişir; nəcislə selik ifraz olunur. Çoxlu və müxtəlif şikayətlərə baxmayaraq, xəstənin ümumi halı yaxşı olur, xəstəlik proqressivləşmir, lakin güclü sinir-əsəbi narahatlıqlara səbəb olur.