Kalkulyoz xolesistit

    11.02.2017

     Öd daşı xəstəliyi
    Öd daşı xəstəliyi tez-tez rast gəlinən xəstəlikdir. Bu xəstəlik öd yollarında daş əmələ gəlməsi ilə xarakterizə olunur. Qadınlarda daha çox rast gəlinir.
    Daşın yaranması 2 səbəbdən olur:
    1. Qara ciyərdə mübadilə pozğunluğu.
    2. Öd kisəsinin iltihabı xəstəlikləri.

    Risk faktorları:
    Yaş.
    Qadın cinsi.
    İrsilik.
    Artıq çəki.
    Doğuşlar.
    Bağırsaq xəstəlikləri.
    Parakəndə qidalanma.

    Xəstəliyin klinikası:
    İnsanların 2/3 hissəsində öd daşı xəstəliyi olsa da, əksəriyyətdə kliniki simptomları yoxdur. Xəstəlik təsadüfən ultrasəs müayinə zamanı aşkarlanır.
    Çox zaman xəstə sağ qabırğa altı nahiyyədə küt ağrılardan şikayət edir. Ağrı sağ kürəyə irradiasiya olunur. Mədə nahiyyədə ağrılar da ola bilər. Ağrı yemək qəbulu ilə güclənir.(xüsusilə yağlı, ağır yeməkdən sonra). Ağızda acıliq, ürək bulanma, köp, ishal, qəbizlik və s. kimi şikayətlər ola bilər.

    Diaqnostika.
    Ultrasəs müayinə ən optimal müayinədir. Fəsadlaşmış və ya fəsadlaşmamış vəziyyətdə optimal metoddur. Çox vaxtlar təcrübəli terapevtlər bu xəstəliyi xəstəni müayinə edərək üzə çıxarırlar. Ultrasəs müayinə 25% daşı tapa bilir, daha çox öd yolları axarının genişlənməsini görür.

    Fəsadlar:
    Kəskin xolesistit.
    Kəskin xalangit
    Kəskin pankreatit.
    Qanda və sidikdə amilazanın artması.
    Sarılıq.
    Öd kisəsinin karsinoması

    müalicə üsülları və prinsipləri:
    Öd kisəsinin kəskin tutmaları təkrarlanarsa, xəstə bir neçə həftə ərzində əməliyyat olunmalidirlar. Əgər hansısa bir fəsadlaşma varsa, məs: sarılıq, kəskin pankreatit, kəskin xolesistit, xəstə 2 -7 gün ərzində müalicə alıb və sonra cərrahi müdaxilə olunmalıdır.