Xroniki xolesistit

    11.02.2017

    Öd kissəsinin funksiyası qaraciyərdə yaranan ödün bağırsaqlara ötürülməsidir.
    Qaraciyərdə ödün yaranması fasiləsiz davam etsə də, ödün 12 barmaq bağırsağa keçməsi həmin zaman baş vermir. Öd kisəsi və öd yollarının diskineziyası, yəni ödün 12 barmaq bağırsağa ötürülməsinin pozulması-- bir sıra xəstəliklərin yaranmasına səbəb olur.
    Öd yollarının diskineziyası nədən yaranır?
    1. Qeyri müntəzəm qidalanma
    2. Piyli yağlı qidalar
    3. Sinir sisteminin pozulması.
    Diskineziya 2 cür olur :
    1. Hiperkinetik diskineziya
    2. Hipokinetik diskineziya

    I. Hiperkinetik diskineziya öd kisənin güclü yığilması və öd sancısı kimi özünü büruzə verir. Əsasən sağ qabırğa altı nahiyyədə qısa müddətli bərk sancılar baş verir. Bu ağrılar şox zaman öd daşı sancılarını xatırladır. Ağrılar sağ çiyinə, sağ kürək altı nahiyyəsinə vurur .
    II. Hipokinetik diskineziyada -öd kisəsinin tonusdan düşməsi nəticəsində öd boşalma prosesi zəifləyir, sağ qabırğa altı nahiyyədə küt ağrılar müşahidə olunur . Bundan başqa xəstələr iştahsızlıqdan, ağızda acılıqdan, köpdən, qəbizlikdən şikayyətlənirlər və diaqnoz əsasən USM (ultrasəs müayinəsi) və mədə-bağırsaq sisteminin rentgenoloji müainəsi əsasinda qoyulur .
    Müalicə:
    Xəstəliyin müalicəsində əsas yeri pəhriz tutur .Yağlı-piyli qidalardan ,spirtli içkilərdən imtina olunmalıdır. Az-az, tez-tez yeyilməlidir .
    Öd kisənin hipotonik formasında öd kisənin tonusunu artıran dərman vasitələri (məs. allaxol, xolenzim və s. ) təyin edilir .
    Xəstəliyin hiperkinetik növündə spazmanı aradan qaldıran dərmanlar (no-şpa ,platifillin ) istifadə olunur .
    Mineral sulardan badamlı ,Sirab ,Yesuntuki N 17 qəbul oluna bilər .
    Öd kisənin hipokinetik diskineziyasında kor duodenal zondlama (tubaj) aparılır. Bu proses belə baş verir. Tubajdan əvvəl No-Şpa və Allaxol preparatı qəbul edilir .Suya bal doşab əlavə edib, onu 0,5 saat ərzində qurtum qurtum içmək lazımdır . Sonra sağ qabırğa altı nahiyyəyə istiqac qoyub sağ tərəfi üstə uzanmaq lazımdır .

    Sonrakı günlər öd qovuculardan istifadə etmək olar. Tübajı 10 gündən çox etmək olmaz .Öd yollarının diskineziyasında kompleks müalicə fonunda kvant-lazer müalicəsi də müsbət nəticə verir .