Xidmətlər >> Endoskopiya


Endoskopik Xidmətlərimiz;

1.Qastroskopiya

2.Kolonoskpiya

3.Rektoskopiya

4.Duodenoskopiya

 

Qastroskopiya nədir?

 

Qastroskopiya, ucunda optik kamera və işığı olan elektron bir instrumentlə mədə, qida borusu və nazik bağırsağın başlanğıc hissəsi incələnərək görüntünün TV ekranında izlənməsidir.

Qastroskopiya nə üçün aparılır? Faydaları nələrdir?

Qastroskopiya uzun müddət davam edən qarın ağrısı,mədə bulanması, qusma, udma çətinliyi, qusma ilə qan gəlməsi, mədə yanması şikayətlərində, mədə-qida borusu şişi hesab edilən xəstələrdə ilk ağla gələn diaqnostika metodudur.
Həkim əməliyyat zamanı lazım gəldiyində lezyonlardan toxuma nümunələri götürə bilər (biopsiya).Götürülən toxumalar mikroskopda patoloq həkim tərəfindən diqqətlə araşdırılaraq dəqiq xəstəlik diaqnozunu qoyurlar.
Mədədə mikrob olub olmadığı (Helicobacter pylori) ən dəqiq mədə biopsiyasında bakteriyanın görülməsi ilə təyin edilir. Əməliyyat zamanı aşkar edilən mədə poliplərinin çıxarılması (polipektomiya), darlıqların şarla genişləndirilməsi (dilatasiya), qanayan damarların arqon lazerlə və ya iynə inyeksiyası ilə dondurularaq müalicəsi (Sleroterapiya) müasir tibbin ən son yenilikləri və nailiyyətləridir.

Qastroskopiyaya necə hazırlanılır?

Mədənin boş olması müayinə üçün zəruridir. Bu səbəblə müayinədən 6 saat əvvəlhər hansı bir qida qəbul edilməməli, çox məcburi deyil isə su içmək lazım deyil. Dərman allergiyası, ürək qapaq xəstəliyi və ağciyər xəstəliyi olan xəstələr vəziyyətlərini həkimə bildirməlidirlər.

Müayinə zamanı nələr gözlənilir / keçirilir?

Əməliyyata başlamazdan əvvəl instrumentin (öyümə və mədə bulanması) refleksini azaltmaq üçün boğaza lokal keyləşdirici sprey vurulur.
Xəstə sol yan tərəfi üzərinə uzadılır
Xəstəyə öyümə reflexini azaldan, reaksiya gücünü zəiflədən şüurlu sedasiya tətbiq olunur. (Diazepam, Midazolam)
Alət ağızdan keçirilib udma refleksi edilərək yemək borusu və mədəyə daxil olur.
Müayinə ağrısız olub 3-15 dəqiqəlik müddətdə bitirilir.
Müayinədən sonra xəstələr yataq otaqlarında 15-30 dəqiqə istirahət etdirilir, sonra uyğun isə 1 saat içində sulu qidalar qəbul edə bilərlər.
Sedasiya olunan xəstənin müayinədən sonra 2-3 saatqədər avtomobil sürməməyi tövsiyə edilir.

Üst həzm sistemi Endoskopiyası zamanı rast gəlinən yan təsirlər nələrdir?

Sedatif Dərmanların ürək və tənəffüs sistemi üzərində yan təsirləri diqqətlə incələnməlidir.
Biopsiya götürülən və polip çıxarılan yerdə qanaxma ola bilər.
Yüksək temperatur, udma çətinliyi, boğaz ağrısı, qarın ağrısı kimi şikayətlərdə mütləq həkimə müraciət edilməlidir.

 

===== 

Kolonoskopiya nədir?

 Kolonoskopiya yoğun bağırsağın təsvir edilməsi üçün bir diaqnoz üsuludur. Kolonoskopiya, xəstələri ən çox narahat edən tibbi prosesslər arasında yer alır. Xüsusilə bəzi xəstələr, kolonoskopiya aparılması lazım gələn bir vəziyyət olduğunda, həkimə müraciət etməyi gecikdirə bilərlər. Halbuki,birincisi kolon xərçəngi olmaqla həyati əhəmiyyət daşıyan bir çox xəstəliyə erkən diaqnoz qoymaq imkanı yaradan kolonoskopiya eyni zamanda xəstəliyin müxtəlif müalicə üsullarıilə müalicə edilməsi imkanını yaradır.

50 yaşından sonra mütəmadi olaraq aparılması lazımdır


Polipin Təsviri və Çıxarılması
Kolonoskopiya yoğun bağırsağın təsvir edilməsi üçün bir diaqnoz üsuludur. Ultrasəs, tomoqrafiya, virtual tomoqrafiya və nəcisdə gizli qan tədqiqi kimi proseslər həzm sistemi haqqında bir sıra ön məlumatlar verir. Ancaq əldə edilən nəticə kolonoskopiya qədər geniş məzmunlu olmur. Kolonoskopiya, bir ucunda kamera olan təxminən çeçələ barmaq qalınlığında qara bir xortum ilə bağırsağa girilir və içəri incələnir. Heç bir şikayət olmasa da, 50 yaşından sonrahəkimin təklif edəcəyi aralıqlarla kolonoskopiya aparılması lazımdır.

Hansı hallarda kolonoskopiya aparılır?

Birincə dərəcə qohumlarda kolon xərçəngi və ya kolon bağırsaq polipi müəyyən edilməsi
Nəcisdə qan
Qanazlığı və dəmir çatışmazlığı
Bəzi xroniki xəstəliklər
İltihablı bağırsaq xəstəlikləri
Defekasiya aktında ciddi dəyişikliklər
Qəbizlik və ya ishal
Kilo itkisi
Uzun müddətli qarın ağrısıPoliplərin erkən diaqnozu müalicə üçün böyük əhəmiyyət daşıyır.
Polip, bağırsağın içərisindən inkişaf edən kiçik formalardır. Bunlar zaman ötdükcə böyüyüb, xərçəng olma riski daşıyır. Əgər poliplər tez aşkar edilirsə və çıxarılarsa, poliplərin səbəb olacağı kolon xərçənginin qarşısı alınmış olur. Nəcisdə qan hər zaman xərçəng olacaq demək deyil, babasildə ola bilər. Ancaq bunun düzgün müəyyən edilməsi üçün mütləq həkimlə məsləhətləşmək lazımdır.

Müayinənin Aparılması


Kolonoskopiyanın Aparılması
Kolonoskopiyadan öncə yaxşı bir bağırsaq təmizliyi,müayinə keyfiyyətini artırır. Bundan başqa mütəmadi olaraq qəbul edilən dərmanlar varsa həkim məlumatlandırılmalıdır və xüsusilə qan durulaşdırıcı dərmanların müayinə zamanı qanaxma riskini artıra biləcəyi unudulmamalıdır.Kolonoskopiyadan bir gün əvvəl heç bir şey yeməmək və yalnız maye qəbul edilməsi lazımdır. Su ilə yanaşı, soda, alma suyu və ya fərqli alternativ içkilər də istehlak edilə bilər. Maye istehlakı xəstəyə görə planlaşdırır. Təzyiq aşağı olduğu zaman duzlu su da təklif edilir. Kolonoskopiyadan əvvəl xəstənin vəziyyətinə uyğun təmizlik məhlulları istifadə edilir. Bunlar, yaşa və sağlamlıq vəziyyətinə bağlı olaraq görə seçilir. Ancaq ən əsası, xəstənin bir gün əvvəldən şəffaf mayeistehlak etməsi və həkimin verdiyi dərmanları qaydalarına uyğun şəkildə istifadə etməsidir.

Kolonoskopiyadan Sonra

Müayinədən sonra anesteziyanın təsiri aradan qalxana qədər xəstə 1 saat müşahidə altında saxlanıldıqdan sonra xəstəxanadan çıxa bilər. Anesteziya tətbiq edilən xəstələrin evə maşınla qayıtması və ya işə gedib, diqqət tələb edən işlər görmələri təklif edilmir. Xəstənin müayinədən sonra qaz şikayəti ola bilər. Bunun səbəbi, kolonoskopiya zamanı bağırsağı görmək üçün verilən havayagörə ola bilər,bu qısa müddət içərisində keçir. ======

Rektoskopiya nədir?

 
Rektoskopiya müayinəsi bu müayinəyə xas olan bir cihaz olan rektoskopla edilir. Cihaz 1-2 sm diametrində sərt bir balondur və bir işıq qaynağı ilə gözlə araşdırma imkanı təmin edən optik bir hissədən ibarətdir. Rektoskop deyilən cihaz, arxada düz bağırsaq boşluğuna doğru soxulur və düz bağırsaq divarları incələnir. Daha dəqiq və qəti bir araşdırma üçün rektoskop vasitəsiylə düz bağırsaq boşluğuna çox az miqdarda hava verilir və beləcə divarlar yüngülcə gərilməyə başlayır. Cihazla tətbiq olunan bu tip manevrlər ediləcəyi zaman, lazımlı olan bütün tədbirlərin alınması və diqqət göstərilməsi şərtilə heç bir risk söz mövzusu olmaz. Rektoskopya, son dərəcə əhəmiyyətli və faydalı bir araşdırma olub, həm düz bağırsaq mukozasındaki hər hansı bir problemi təyin etməsi, həm də biyopsiya lazımlı oluğunda bağırsaqdan parça alınmasının təmin etməsi baxımından olduqca müvəffəqiyyətli nəticələr verir. Rektoskop, sərt bir cihaz olduğu üçün düz bağırsaq boşluğunun üzərində olan bölgələrə salınmaz.
Rektoskopiya, işıqlı bir alət vasitəsi ilə qalın bağırsağın son hissəsinin gözlə araşdırılmasını təmin edən müayinədir və bu müayinəni etdirmədən əvvəl xəstənin ac qarına olaraq xəstəxanaya getməsi və ya bağırsaqlarına boşaldılması üçün imalə edilməsi lazımdır. Bu cür əməliyyatlar ediləcəyi zaman anesteziya tətbiq olunar və beləcə ağrılı bir prosedur yaşanmaz. Xəstə xüsusi bir müayinə stoluna
yatırdılır və 5 dəqiqə içində müayinə bitmiş olur. Bu tətbiq əsnasında da şiş, xora  kimi şübhələr üçün də biyopsiya alına bilər.

 
Rektoskopiyanın İstifadə Məqsədləri:
Rektoskopiya, hər cür rektal qanamalarda, şiş şübhələrində, hemoroid araşdırılmasında, ülseratif kolit kimi iltihabi bağırsaq xəstəliklərində, makat bölgəsindəki ağrılarda, kolon xərçəngi şübhəsində istifadə oluna bilər. Rektoskopiya əsnasında xəstə bir narahatlıq hiss etməz ancaq müayinə sonrasında əməliyyat əsnasında qaz verildiyi üçün adam qaz və şişlik çətinliyi çəkə bilər. Ancaq bu da tualetə çıxması ilə yox olur.

Rektoskopiyaya Hazırlıq Üçün Nələr olunmalıdır?
Rektoskopiya müayinəsindən bir gün əvvəl bol sulu qidalar qəbul etməlisiniz. Çay, süd, şorba, bol su, qəbul edilə bilər. Əsla çörək istifadə etməməlidirlər.İmaləni müayinədən əvvəl anus hissəsinə sıxaraq tətbiq edin və 15 dəqiqə gözlədikdən sonra tualetə gedib dışkılayın.
=====

Duedonoskopiya nədir?

 Duedonoskopiya, yenə ağızdan girilərək yemək borusu üzərindən mədəyə, oradan da nazik bağırsağa geçilməsi və nazik bağırsağın başlangıc qisminin incələnməsi ilə tamamlanan bir prosedurdur. Buradan da yenə, tanı məqsədli biyopsiya alına bilər və nazik bağırsağın olası xəstəliklərə qarşı nazik bağırsaq toxuması görünməkdədir. Normalda gastroskop deyilən, ucunda kamera olan bir cihazla edilməkdədir.