Onikibarmaq bağırsağın xora xəstəliyi

    19.10.2021

    Statistik məlumata görə, dünya əhalisinin 6-14 faizi mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkir. Xəstəliyə daha çox 20-50 yaş arası insanlarda təsadüf olunur.

    Əsasən, payız və yaz aylarında kəskinləşmə ilə özünü göstərən xora xəstəliyi qadınlara nisbətən kişilərdə dörd dəfə çox qeyd olunur, şəhər əhalisi arasında kənd əhalisinə nisbətən daha çox yayılmışdır.

    Mədə və 12 barmaq bağırsağı xorası çox təhlükəli xəstəlikdir. Müalicə edilmədikdə, uzun müddət ərzində movcud olan xora mədə və 12 barmaq bağırsağı xərçənginə səbəb ola bilər. 

    Xora xəstəliyinin diaqnozunu dəqiqləşdirən ən dəqiq metod endoskopik metoddur.

    Əlaqə üçün:
    +994 50 220 84 41